Bu gün...
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Nyu-Yorkda qeyd edildi
Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımız Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd ediblər.

facebook-paylas
Tarix: 10-04-2018 10:37
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Nyu-Yorkda qeyd edildi

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bayram tədbiri Nyu Yorkda fəaliyyət göstərən Azərbaycan Amerika Qadın Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

200 nəfərdən çox soydaşımızın iştirak etdiyi tədbirin fəxri qonaqları arasında Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Yaşar Əliyev, Bruklin şəhər merinin müavini xanım Lori Luis, Azərbaycandan olan yəhudi icmasının rəhbəri Yakov Abramov, icmanın fəalı Pinxas Avşalumov, “Mənim yolum” ("My way”) Uşaq İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova, “Bruklin-Bakı” Dostluq Cəmiyyətinin rəhbəri Marietta Rozental və başqaları olub.

Bayram tədbirini açan Azərbaycan Amerika Qadın Cəmiyyətinin və Nyu York Azərbaycan Evinin rəhbəri Münəvvər Vahabova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, mövcud olduğu iki il ərzində qazandığı uğurlar haqqında iştirakçılara məlumat verib. O, Azərbaycanın dövlətçilik ənənələri haqqında danışaraq ölkəmizin hələ 100 il bundan əvvəl müsəlman Şərqində ilk dəfə demokratik dəyərləri nəinki bəyan etdiyini, öz praktiki fəaliyyətində onları təmin etdiyini və bugünkü müasir Azərbaycanın həmin dövlətin varisi olduğunu vurğulayıb. Tədbirdə çıxış edən digər qonaqlar da AXC-ni Azərbaycan tarixində mühüm bir hadisə kimi dəyərləndirərək, onun əhəmiyyətindən danışıblar.

Rəsmi çıxışlardan sonra tədbir bədii proqramla davam edib.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



6 + 8 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI