Bu gün...
Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı azad etməyə hazırdır
Martın 20-də Tərtər rayonu ərazisindəki hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə əsgər valideynləri və yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri də iştirak ediblər.

facebook-paylas
Tarix: 20-03-2017 17:57
Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı azad etməyə hazırdır

Qonaqlar hərbi hissələrdə əsgərlərin xidmət və məişət şəraiti ilə yaxından tanış olub, inzibati binalara, əsgər yataqxanalarına, yeməkxanalara baş çəkiblər.

Əsgər və zabitlər qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov onları Novruz bayramı münasibətilə təbrik edib, ölkədə həyata keçirilən ordu quruculuğundan danışıb. Bildirib ki, həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü, nizam-intizamlı və müasir silahlarla təchiz olunmuş, hərbi-texniki strukturlara, bacarıqlı hərbçi kadr potensialına malik ordusuna çevrilib. Azərbaycan ordusu hər an işğal olunmuş torpaqlarımızı azad etməyə hazırdır.

Hərbi hissə ilə tanışlıq zamanı valideynlər Azərbaycan ordusu ilə fəxr etdiklərini bildirib, silahlı qüvvələrə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Hərbi hissələrdə bayram tonqalları qalanıb. İncəsənət ustalarının ifasında rəngarəng konsert proqramı əsgər və valideynlərdə əsl bayram əhval ruhiyyəsi yaradıb.

 




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



5 + 8 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI