Bu gün...
Azərbaycan gölü alman diplomatı sarsıtdı
Almaniyanın İrandakı səfiri Mixail Klor Breştold Urmu gölünə baxış keçirib.

facebook-paylas
Tarix: 23-08-2017 10:19
Azərbaycan gölü alman diplomatı sarsıtdı

Verilən məlumata görə, səfir göldə yaşanan böhranla bağlı narahat olduğunu bildirib. O, keçirdiyi mətbuat konfransında göldə durumun çox gərgin olduğunu dilə gətirib:

“Urmu gölünü yaxından görmək istəyirdim. Təəssüflər olsun ki, göldə durum olduqca gərgindir! Bu vəziyyət məni çox kədərləndirdi. Göldə yaşanan böhranı başa düşdüm. Tehrana qayıtdıqdan sonra Urmu gölünün vəziyyəti ilə bağlı ölkəmə məlumat göndərəcəm. Yəqin ki, lazımi araşdırmalar aparılacaq”.

Almaniya səfiri ölkəsinin ətraf mühitin qorunmasına əhəmiyyət verdiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, milyonlarla insanın həyatını təhlükə altında qoyan Urmu gölü böhranı ilə bağlı nəzərdə tutulan bütün layihələr uzun illərdir icra olunmur.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



1 + 5 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI