Bu gün...
Azərbaycan diqqəti Pakistanın “Şahin” ballistik raketinə yönəldib
Azərbaycan son bir ildə Pakistanla hərbi-texnikki sahədə əməkdaşlığa dair danışıqları intensivləşdirib. Belə ki, ötən ilin aprelində Qarabağda gedən dörd günlük müharibəbin ardınca Azərbaycanın hərbi sahədə Pakistanla təmasları sürətlənib.

facebook-paylas
Tarix: 18-03-2017 13:35
Azərbaycan diqqəti Pakistanın “Şahin” ballistik raketinə yönəldib

Azərbaycanla Pakistan arasında son vaxtlar keçirilən danışıqlarda da əsas diqqət silah alqı-satqısına yönəlib. Lakin tərəflərin hərəsinin öz maraqları var. Bakı Pakistanın qabaqcıl hərbi sənayesinin imkanlarından istifadə etmək və birgə müəssisələr yaratmaq istəyir. Bu çərçivədə Pakistanın hərbi sənaye şirkətləri Azərbaycanda özlərinin istehsal və ya yığım müəssisələrini açmalıdır. “Azərbaycan özünün hərbi sənayesini yaramaq üçün isə bu strategiyanı əvvəllər Türkiyə və İsraillə əməkdaşlıqda tətbiq edib”.

Azərbaycan prezidenti İlham Əliyev Pakistan baş naziri Nəvaz Şəriflə ötən ilin oktyabr ayında Bakıda keçirdiyi danışıqlardan sonra belə  bir məqamı önə çəkmişdi ki, “Pakistanın çox inkişaf etmiş hərbi sənayesi var. Biz bu sahədə əməkdaşlığa dair detallı müzakirələr apardıq və birgə istehsal üzərində işləyə bilərik”.

Bununla belə, Pakistanın marağı daha çox Azərbaycana birbaşa silah satışına nail olmaqdır. Əsas diqqət isə Pakistan-Çin istehsalı olan JF-17 qırıcılarının Azərbaycana satışına yönəlib. Bildirilir ki, bu təyyarələrlə bağlı tərəflər arasında az qala 10 ildir söhbət gedir, lakin JF-17 qırıcılarının Azərbaycana satışına dair diskussiyalar daha çox ötən il ərzində intensivləşib. Pakistan JF-17 qırıcısını ötən il Bakıda keçirilən ADEX-2016 hərbi sənaye sərgisində nümayiş etdirmək istəyib. “Ancaq təyyarənin Bakıya çatdırılmasında çətinliklər və gömrük probleməri buna mane olub.

Bununla belə, qırıcıları almaq Azərbaycan üçün prioritet istiqamət deyil, bunun əvəzində Bakı özünün əsas diqqətini ballistik raketlərin və ya hücum silahlarının alınmasına yönəldib. Bura Pakistan istehsalı olan orta mənzilli “Şahin” ballistik raketləri də daxildir. Azərbaycan bu raketlərə ilk dəfə 2014-cü ildə maraq göstərib. Lakin ötən il Rusiyanın Ermənistana “İsgəndər” raketləri verməsindən sonra bu yöndə danışıqlar intensivləşib.

Qeyd edək ki, “Şahin” raketlərinin bir neçə modifikasiyası mövcuddur. Çin texnologiyasının köməyi ilə istehsal edilən və Hindistanla qarşıdurmada Pakistanın əsas çəkindirici elementi olan “Şahin” ballistik raketlərinin radiusu 500-600 kilometrdən 2300 kilometrə qədər dəyişir. Raketlər 700-1230 kq ağırlığında müxtəlif modifikasiyalı döyüş başlıqları daşıya bilir. Düşmənin hava hücumundan müdafiə sistemini dəf etmək üçün raketlərin döyüş başlığı hədəfə yaxınlaşanda əsas blokdan ayrılır. Raketlər 12-oxlu mobil platforma üzərində yerləşdirilib.

Azərbaycanı daha çox hərbi sahədə əməkdaşlıq maraqlandırdığı halda Pakistan Azərbaycanla energetika sahəsində əməkdaşlığa maraq göstərir. Belə ki, ötən ilin aprelində tərəflər Azərbaycan neftinin və qazının Pakistana satılmasına, energetika sahəsinə investisiyalara dair birgə hökumətlərarası sənəd imzalayıblar. Pakistanın ilkin marağı Azərbaycandan neft və qaz idxal etməkdir. Nəzəri baxımdan bu mümkündür, ancaq bunun üçün Bakı və İran arasında mürəkkəb əməliyyatları razılaşdırmaq lazım gəlir. Bu baxımdan Azərbaycan rəsmiləri logistika və iqtisadi sərfəlilik baxımından Pakistana neft-qaz ixracının mümkünlüyünə şübhə edirlər. Habelə Bakının ixrac üzrə üzərinə götürdüyü öhdəlikləri var və satmağa artıq qaz tapacağı da şübhə doğurur.



XƏBƏR VİDEOSU





Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



7 + 8 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI