Bu gün...
Azərbaycan diaspor təşkilatının nəzdində idman məktəbi açılıb
Türkiyənin Kocaeli vilayətinin Körfəz qəsəbəsində fəaliyyət göstərən Körfez Azərbaycan Mədəniyyət və İdman Dərnəyinin idman məktəbinin açılışı olub. Dərnək Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) üzvüdür. Açılış mərasimində Kocaeli vilayətinin yerli özünüidarəetmə orqanlarının, diaspor təşkilatlarının, idman cəmiyyət və klublarının, idman ictimaiyyətinin, KİV nümayəndələri və digər qonaqlar iştirak edib.

facebook-paylas
Tarix: 10-05-2017 11:30
Azərbaycan diaspor təşkilatının nəzdində idman məktəbi açılıb

Tədbirdə çıxış edən dərnəyin rəhbəri Turqut Caferoğlu Mustafa Kamal Atatürkün idmançılarla bağlı “Mən idmançının zəki, çevik və əxlaqlısını sevirəm’’ fikrini xatırladaraq gələcəyin memarları olan uşaqları savadlı, fiziki və mənəvi cəhətdən sağlam həyat tərzinə alışdırmaq, idmanın kütləviliyini təmin etmək məqsədilə idman məktəbinin  təşkil olunduğunu qeyd edib.

Kocaeli Həvəskar İdman Klubları Federasiyasının sədri  Murat Aydın idman məktəbinin böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafı baxımından əhəmiyyətini vurğulayıb. M.Aydın idmanın din, dil, irq və digər xüsusiyyətlərdən asılı  olmayaraq, insanlar arsında həmrəyliyin yaradılmasında böyük rolundan danışıb və  Körfəz qəsəbində idmana göstərilən qayğı və diqqət üçün Körfəz Bələdiyyəsi yerli İdman idarəsinə, TADEF və digər müvafiq qurumların rəhbərlərinə təşəkkürünü bildirib.

TADEF sədri Bilal Dündar isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini tədbir iştiraçkılarının diqqətinə çatdırıb. O, eyni zamanda o, Azərbaycan idmanına və idmançılara dövlətin qayğısından danışıb. Sonra B.Dündar Körfəz Azərbaycan Mədəniyyət və İdman Dərnəyini təbrik edərək burada idmanla məşğul olacaq gənclərə uğurlar arzulayıb.

Körfəz Bələdiyyəsinin təmsilcisi Halil Kiçik “İdmanın Paytaxtı Körfəz” devizi altında qəsəbədə müxtəlif tədbirlərin həyata keçirildiyini və belə tədbirlərin davam etdilicəyinin bildirərək iştirakçılara təşəkkür edib.




Qaynaq: DİASPORLA İŞ ÜZR? DÖVL?T KOMİT?Sİ

Editör: K?mal?



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



5 + 7 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI