Bu gün...
Avtomatlar işə düşdü: İrəvanda KÜÇƏ DÖYÜŞLƏRİ
Ermənistanda parlament seçkiləri öncəsi ciddi toqquşmalar yaşanır. Alınan məlumatlara görə, Armavir rayonunun Crarat kəndində hakimiyyət nümayəndələri ilə müxalifətçilər arasında silahlı toqquşmadan sonra gərginlik davam edir.

facebook-paylas
Tarix: 17-03-2017 14:54
Avtomatlar işə düşdü: İrəvanda KÜÇƏ DÖYÜŞLƏRİ

“Müstəqil müşahidə” ittifaqı martın 12-də baş verən toqquşmadan sonra kənddə hələ də fövqəladə vəziyyətin davam etdiyini açıqlayıb.

Hadisələr keçmiş xarici işlər naziri Vardan Oskanyan, “İrs” partiyasının sədri Raffi Ovanesyan və keçmiş müdafiə naziri Seyran Ohanyanın yaratdığı “Oskanyan-Raffi-Ohanyan” (ORO) blokunun seçkiqabağı dövrdə kənddə keçirdiyi təbliğat kampaniyası zamanı baş verib.

Blokun mitinqinə avtomatla hücum edilib. Martın 14-də isə daha bir silahlı hücum baş verib, nəticədə “Oskanyan-Raffi-Ohanyan” “ORO” blokunun nümayəndələri yaralanıb.

 “Oskanyan-Raffi-Ohanyan” bloku bu hadisələrə görə, hakimiyyəti ittiham edib və hücumun birbaşa seçkilərlə bağlı olduğunu açıqlayıb.

Blokun üzvlərindən Armen Martirosyan deyir ki, martın 12-də Craratda seçkiqabağı görüş zamanı kənd sovetinin sədri Samvel Qalstyan vətəndaşlardan ərazini tərk etməyi tələb edir.

“O, söyüş söyürdü. Tədbirdən sonra “Oskanyan-Raffi-Ohanyan” blokunun tərəfdarları kənd soveti sədrindən söyüş söydüyünə görə cavab verməyi tələb etdilər. Şifahi atışma belə başladı. Sonra blok tərəfdarlarının evinə polis rəisinin müavini, polkovniki Lernik Yeranosyan gələrək, tapança ilə onları hədələyib. Hətta havaya güllə də atıb”.

Martirosyan qeyd edir ki, Lernik Armavir rayonunun polis rəisinin müavini Levon Yeranosyanın qardaşıdır.

Hakim Respublika Partiyası hadisəni şərh etməkdən imtina edib.

“Müstəqil müşahidə” ittifaqının məlumatına görə, kənddə gərgin atmosfer hökm sürür.

“Azadlıq radiosu”nun erməni xidməti Levon Yeranosyanın bu ilin yanvarında prezident Serj Sarkisyan tərəfindən “ictimai asayişin qorunmasına” görə ordenlə təltif edildiyini yazıb.

Ermənistan mediasının məlumatına görə, ölkədə seçkiqabağı vəziyyət kəskinləşib və siyasi cəbhələr arasındakı qarşıdurma silahlı toqquşlmalara gətirib çıxara bilər.

“Oskanyan-Raffi-Ohanyan” blokunun lideri olaraq çıxış edən keçmiş müdafiə naziri Seyran Ohanyan Craratdakı hadisələr haqqında danışarkən, hakimiyyəti təhdid edib.

“Əgər hadisələrə düzgün qiymət verilməsə, heç kəs üçün yaxşı olmayacaq”, - deyə o bildirib.

“Oskanyan-Raffi-Ohanyan” blokunun üzvü, qondarma “DQR”-in keçmiş “müdafiə naziri” Samvel Babayan isə hakimiyyəti silahla hədələyib və qeyd edib ki, “onlar əllərinə silah alarsa, bu heç də yaxşı olmayacaq”.

2016-cı ilin iyulunda İrəvanda polis alayının binasını tutan qiyamçılara qida daşıdığına görə həbs olunan 49 yaşlı Artur Sarkisyanın ölümü isə Ermənistanda ciddi etirazla qarşılanıb. İnsanlar küçələrə axışaraq, etiraz aksiyası keçiriblər. Hazırda sakitlik olsa da, aksiyaların davam edəcəyi gözlənilir.

Siyasi müşahidəçilər isə Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkilərinin qanlı olacağını deyirlər.



XƏBƏR VİDEOSU





Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



1 + 3 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI