Bu gün...
Asimə Cahangir “İran məhkəmə sistemində islahatlar aparılmayana qədər insan haqları ilə bağlı durumun yaxşılaşması mümkün deyil”
BMT-nin İranda insan haqları üzrə xüsusu nümayəndəsi Asimə Cahangir, sentyabrın 5-də bu ölkədə insan hüquqları ilə bağlı vəziyyətin son dərəcə ağır olması barədə yeni hesabat yayıb.

facebook-paylas
Tarix: 06-09-2017 10:45
Asimə Cahangir “İran məhkəmə sistemində islahatlar aparılmayana qədər insan haqları ilə bağlı durumun yaxşılaşması mümkün deyil”

Hesabatda bildirilir ki, İranda müstəqil bir Məhkəmə Sisteminin olmaması və qeyri-standart məhkəmələrdə baş alıb gedən özbaşınalıqlar, ruhanilərin hakimiyyəti altında idarə olunan islam respublikasında insan hüquqlarının kobud şəkildə pozulması halları geniş vüsət alıb: “İranda xüsusən də “inqilab məhkəmələri”nin fəaliyyəti, bu ölkədə insan haqları ilə bağlı vəziyyətin daha dəhşətli bir hala gəlib çıxmasına səbəb olub. Hesab edirik ki, İranda insan hüquqları ilə bağlı durumun yaxşılaşdırılması, ölkənin Məhkəmə Sistemində düzəlişlər edilməyənə qədər və onda islahatlar aparılmayana qədər mümkün deyil.

Təəssüflər olsun ki, İran İslam Respublikasında kütləvi özbaşına həbslər, öz qanuni azadlıqlarından istifadə edən insanların mütəmadi olaraq təqib olunması, hüquq müdafiəçilərinin, jurnalistlərlə tələbə fəallarının və incəsənət adamları ilə fəhlə aktivistlərinin həbsi davam edir. Həmçinin ölkədə həyata keçirilən edamların sayının gündən-günə artması, o cümlədən də azyaşlı uşaq və yeniyetmələrin edamı, zindanlarda məhbuslara işgəncə verilməsi və onlara şəffaf və ədalətli məhkəmələrin keçirilməməsi, eləcə də qadınlara, dini və etnik qruplarına qarşı tətbiq edilən təzyiq və ayrı-seçkiliklərin davam etməsi təəssüf hissi doğurur. Bütün bunlar isə ölkədə insan hüquqları ilə bağlı vəziyyətin çox ağır olmasından xəbər verir. Bu isə qəbuledilməzdir”.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



9 + 1 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI