Bu gün...
Arxangelskdə Azərbaycan günləri keçirilir
Rusiyanın Arxangelsk vilayətində Azərbaycan günləri çərçivəsində “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının və Araxangelsk vilayətinin millətlər şurası və yerli hakimiyyətin birgə təşkilatçılığı ilə bayram konserti keçirilib. Arxangelskdə Azərbaycan günlərinə və IX Şimal Millətlər Forumuna həsr edilmiş təntənəli konsert proqramı “Patriot” mərkəzində baş tutub.

facebook-paylas
Tarix: 12-06-2017 12:33
Arxangelskdə Azərbaycan günləri keçirilir

Tədbirdə Azərbaycan xalq çalğı alətlərinin, milli mətbəxinin və suvenirlərin sərgisi keçirilib. “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının sədri Tərlan Qasımov qonaqlara Azərbaycan haqqında ümumi məlumat verib. Daha sonra Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəallarının təqdimatında Azərbaycan xalq mahnıları və rəqsləri izlənilib.

Konsertdə Arxangelsk vilayəti qubernatorunun daxili siyasət üzrə müavini Aleksey Andronov, Arxangelsk Xalqlar Assambleyasının sədri Svetlana Smirnova və digər rəsmi şəxslər, yerli milli-mədəni birliklərin, ictimai təşkilatların rəhbərləri və nümayəndələri, Azərbaycan diasorunun təmsilçiləri iştirak edib




Qaynaq: DİASPORLA İŞ ÜZR? DÖVL?T KOMİT?Sİ

Editör: K?mal?



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



4 + 8 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI