Bu gün...
Ərəblər İrandan ayrılmaq istəyir – Xuzistan olayı
İran Prezidenti Həsən Ruhani Xuzistan vilayətinə səfər edəcək.

facebook-paylas
Tarix: 22-02-2017 13:12
Ərəblər İrandan ayrılmaq istəyir – Xuzistan olayı

Verilən məlumata görə,Ruhanı bu səfər sayəsində bölgənin problemləri ilə yaxından tanış olmağı planlaşdırır.

Qeyd edək ki, Xuzistan vilayəti, xüsusilə Əhvaz şəhəri İranın neft anbarı sayılsa da, bölgənin iqtisadi durumu acınacaqlı vəziyyətdədir. Son illərdə qum fırtınalarının artması və havaların yağıntısız keçməsi nəticəsində bölgənin kənd təsərrüfatı da ciddi təhlükə ilə üzləşib. Ətraf mühitin çirklənməsi və hökumətin buna laqeyd yanaşması əhali arasında ciddi narazılığa səbəb olub. Nəticədə küçələrə minlərlə insan çıxıb. Bir neçə gün əvvəl Ali dini lider Ayətullah Əli Xamenei İran yetkililərini bölgənin problemi ilə ciddi məşğul olmağa çağırıb.

Maraqlı məqam isə odur ki, ötən ay Əhvazda iki neft boru xəttində partlayış törədilib. Partlayışa görə məsuliyyəti “Əhvazın Azadlığı üçün Ərəb Mübarizə Hərəkatı” adlı qrup üzərinə götürüb. Qrup 2017-ci ildə əvvəlki illərlə müqayisədə daha aktiv olacağını açıqlayıb. Məhz bu qrup bölgənin İrandan ayrılması uğrunda mübarizə aparır.

Xuzestan vilayətində 1 milyona yaxın ərəb yaşayır.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



7 + 7 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI