Bu gün...
Amerikaya qarşı savaş andı içdilər - MÜHARİBƏ YAXINLAŞIR
Koreya Xalq demokratik Respublikası ilə ABŞ arasında gərginlik sürətlə artmaqdadır. Tərəflər qarşılıq şəkildə bir-birini məhv edəcəyi ilə təhdid edirlər.

facebook-paylas
Tarix: 23-09-2017 14:59
Amerikaya qarşı savaş andı içdilər - MÜHARİBƏ YAXINLAŞIR

 Xarici mediaya istinadən xəbər verilir ki, son olaraq Şimali Koreya ordusu ABŞ-a qarşı döyüş andı içib.
Məlumata görə, Şimali Koreya ordusunun yüksək vəzifəli məmurları ABŞ-a qarşı müqəddəs müharibədə sonuna qədər döyüşəcəyinə and içiblər.
Xatırladaq ki, ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi təmsilçisi Nikki Heyli bir neçə gün əvvəl verdiyi bəyanatında BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə proqramını nəzarət altına alacaq planlarının artıq tükəndiyini deyib. Onun sözlərinə görə, ABŞ artıq Şimali Koreya problemini Pentaqona həvalə etməyə hazırlaşır.
N.Heyli bildirib ki, Şimali Koreya “əttökən” nüvə proqramına davam etdiyi təqdirdə ABŞ özünü və mütəffiqlərini müdafiə etmək məcburiyyətində qalacaq və Şimali Koreya yox olacaq.
Şimali Koreyanın məhvi barədə sonradan ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 72-ci sessiyasında ümumsiyasi müzakirələrin gedişatında çıxışı zamanı danışıb.
“Birləşmiş Ştatlar böyük gücə və səbrə malikdir. Amma əgər özümüzü və müttəfiqlərimizi müdafiə etmək lazım olarsa, Şimali Koreyanı məhv etməkdən başqa seçimimiz qalmayacaq”, - Amerika lideri bildirib.
Şimali Koreya lideri Kim Çen In isə ABŞ prezidenti Donald Trampın BMT tribunasından çıxışına “ən yüksək səviyyədə” cavab verəcəyinə söz verib. Kim Çen In rəsmi bəyanatla çıxış edərək söz verib ki, Şimali Koreya tarixin ən sərt əks-tədbirlərini tətbiq etmək imkanına baxacaq. Dövlət başçısı vurğulayıb ki, prezidentin nitqi ABŞ-a baha başa gələcək.
Kim Çen In Pxenyanın məhz hansı cavab addımları atacağını dəqiqləşdirməyib.
Amma daha əvvəl Şimali Koreyanın XİN rəhbəri Li Yon Xo jurnalistlərə bildirib ki, Pxenyan Donald Trampın BMT-dəki nitqinə cavab olaraq, Sakit okeanda hidrogen bombasını sınaqdan keçirə bilər




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



9 + 5 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI