Bu gün...
Almaniyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş boks turniri keçirilib
Almaniyanın Weiswasser şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-ci ildönümünə həsr olunmuş peşəkar boks turniri keçirilib. Turnirin açılışına Almaniya və Azərbaycan himnlərinin səsləndirilməsi start verilib. Çempionatın açılış mərasimində şəhər meriyasının rəhbəri Torsten Plötzş, Azərbaycan diasporunun nümayəndələri və Azərbaycanın Almaniyadakı Səfirliyinin əməkdaşları da iştirak edib.

facebook-paylas
Tarix: 08-05-2017 13:47
Almaniyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş boks turniri keçirilib

Artıq Almaniyada ənənə halını almış boks turnirində müxtəlif ölkələrin boksçuları peşəkar rinqdə öz güclərini sınayıb. Ukraynalı boksçu Roman Qolovaşenko Almaniya boksçusu Kai Kurzava, Tino Froehliş və Dominik Kosel Heydər Əliyevin adını daşıyan Dünya və beynəlxalq kəmərləri uğrunda mübarizə aparıblar. Həmyerlimiz Vüsal Əliyev, Malik Məmmədzadə, Loğman Bayramov peşəkar rinqdə rəqiblərinə qalib gəliblər.

Boks turniri Alman-Azərbaycan Cəmiyyəti və 2012-ci ildə Maqdeburq şəhərində təsis olunmuş Heydər Əliyev adına WBCA (World Boxing Committee H.Aliyev) tərəfindən keçirilir.




Qaynaq: DİASPORLA İŞ ÜZR? DÖVL?T KOMİT?Sİ

Editör: K?mal?



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



8 + 3 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI