Bu gün...
Aleksandr Lukaşenko: “Ermənistandan Avropaya radioaktiv maddə aparılıb”
Belarus Dövlət Sərhəd Xidməti Ermənistandan uçan və tranzit olaraq Belarusdan keçən təyyarənin göyərtəsində radioaktiv yük aşkarlandığını təsdiqləyib.

facebook-paylas
Tarix: 20-03-2017 14:27
Aleksandr Lukaşenko: “Ermənistandan Avropaya radioaktiv maddə aparılıb”

Verilən məlumata görə, Belarus Dövlət Sərhəd Xidmətinin rəsmi nümayəndəsi Anton Bıçakovski bildirib ki, Belarus üzərindən tranzit olaraq Ermənistandan Bolqarıstana uçan təyyarənin göyərtəsində radioaktiv yük aşkarlanıb.

Qomel aeroportunda təyyarədə axtarış aparılan zaman radioaktiv yük aşkarlanıb. Təyyarə sərnişin təyyarəsi olmayıb.

Qeyd edək ki, Belarus lideri Aleksandr Lukaşenko ölkə üzərindən keçərək Ermənistandan Avropa ölkələrinin birinə uçan təyyarənin göyərtəsində radioaktiv maddə aşkarlandığını bildirmişdi:-

 

“Bu gün dövlət sərhədində baş vermiş bütün bu halların təhqiqatının yekunu üzrə mənə məruzə etməyinizi xahiş edirəm. Bunlar hamısı onu göstərir ki, biz rahat olmamalıyıq. Hər zaman hazır olmalıyıq ki, ölkəmizdəki sabitliyin pozulması cəhdlərinə imkan verməyək”.

 



XƏBƏR VİDEOSU





Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



7 + 6 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI