Bu gün...
ABŞ Suriyada 22 kritik nöqtəni DARMADAĞIN EDƏCƏK - Hücumun xəritəsi hazırlandı
Suriyada Əsəd rejiminin həyata keçirdiyi kimyəvi silah hücumuna hərbi qarşılıq verməkdə israr edən ABŞ rejimə aid 22 kritik nöqtəni hədəfləyib.

facebook-paylas
Tarix: 10-04-2018 08:40
ABŞ Suriyada 22 kritik nöqtəni DARMADAĞIN EDƏCƏK - Hücumun xəritəsi hazırlandı

Belə ki, Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon rejimə aid 22 nöqtənin xəritəsini tərtib edib. Hədəflər arasında İran dəstəkli şiə milis mərkəzləri və içində Rusiya əsgərləri olan Xüms və Tarus hərbi bazaları var.

Vurulacaq hərbi bazalar mövzusunda Fransa, İngiltərə, ABŞ və İsrailin eyni koordinasiya daxilində hərəkət edəcəyi bildirilir. Suriya rejiminə aid qərargahların bombardmanı dəniz, hava və qurudan raket atəşləri ilə bərabər gerçəkləşdiriləcək.

Suriyalı beynəlxalq münasibətlər mütəxəssisi Zəkəriyyə Molahafçı ABŞ-ın detallı bir hədəf xəritəsi tərtib etdiyini, Suriyada 20-dən çox hərbi mövqeyi gələcək bir neçə gün ərzində vurmaya hazırlaşdığını təsdiq edib. O, bildirib ki, hədəflərin başında hərbi hava limanları var. Mütəxəssis qeyd edib ki, Xüms, Şam, Tartusla yanaşı, Haseki, Deyr-əz-Zor və Rakka sərhədləri daxilində olan bazalar da darmadağın ediləcək.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



5 + 2 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI