Bu gün...
“Əbədi müttəfiq”likdən geosiyasi düşmənə: Böyük layihəbaş tutacaqmı?
“Rusiya ilə “Avrasiya İttifaqı”, görünür, artıq qazax lideri - Qazaxıstan prezidenti Nursultan Nazarbayevi maraqlandırmır. O, türk xalqlarının birləşdirilməsi layihəsini reallaşdırsa, “Türk Xalqlarının Böyük Ağsaqqalı” kimi tarixə düşə bilər”.

facebook-paylas
Tarix: 23-08-2017 10:33
“Əbədi müttəfiq”likdən geosiyasi düşmənə: Böyük layihəbaş tutacaqmı?

Bu fikirləri “Yeni Region” informasiya agentliyinin baş direktoru Aleksandr Şetinin öz köşə yazısında yazıb.

Onun sözlərinə görə, Moskva Qazaxıstanın iştirakı ilə Avrasiya İttifaqının yaradılması haqqında danışdığı bir vaxtda Nazarbayev İstanbulda başqa fikirlər söyləyirdi:

 

“Nursultan Abişeviç onda deyirdi ki, bütün ölkələrin türkləri birləşməlidir. O bildirirdi ki, Qazaxıstan bütün türklərin vətənidir, Rusiya və Sovet İttifaqı isə qazaxlar üçün müstəmləkədir”.

Müəllif öz düşüncələrini “Kazinform”un bir xəbərindən sitat gətirməklə təsdiq edir:

“Biz bütövlükdə türk millətinin vətəni olan bir torpaqda yaşayırıq. 1861-ci ildə sonuncu qazax xanının öldürülməsindən sonra Rusiya çarlığı, daha sonra isə Sovetlər İttifaqının müstəmləkəsi olduq. 150 il ərzində qazaxlar az qala öz milli adət-ənənələri, dili və dinlərindən məhrum olacaqdı. Allahın köməyi ilə 1991-ci ildə öz müstəqilliyimizi elan etdik”.

Daha sonra Türkiyə-Qazaxıstan biznes-forumunda Nazarbayevin çıxışından sitat gətirilir:

“Atatürkün də dediyi kimi, vaxt gələcək, bütün türklər birləşəcəklər. Buna görə mən bütün türkdilli qardaşları salamlamaq istəyirəm. Altay və Aralıq dənizi arasında 200 milyondan yuxarı qardaşımız yaşayır. Əgər biz hamımız birləşəcəyiksə, onda dünyada çox effektiv güc olacağıq”.

Nazarbayevin İstanbul bəyanatları türk və qazax ekspertlərinin şərhləri üçün səbəb oldu.

“Atatürkdən sonra ilk dəfə tanınmış bir siyasətçi, avtoritar bir ölkə liderinin dilindən Türk dünyasının birliyinə yönəlik bir fikir səslənmişdi. Vaxtilə Jül Vern də Balkanlardan Sakit okeanadək olan geniş bir ərazini əhatə edəcək böyük türk dünyası barəsindəki düşüncələrini yazmışdı. Biz bir-birimizdən iperiyaların tərkibində ikinci dərəcəli rol oynadığımız və “Parçala, hökmranlıq et!” - siyasətinə boyun əydiyimiz üçün ayrı düşmüşdük. Lakin, indi biz türklərin birləşmək, türk dünyasını vahid birlikdə cəmləşdirmək üçün çox güman ki, ən sonuncu şansı qalmaqdadır. Biz son tarixi şansı itirməməliyik. Və, xoşbəxtlikdən, Nursultan Nazarbayev və onun türk həmkarları bunu əla anlayırlar. Mədəni təşkilatı TÜRKSOY və Qazaxıstan prezidentinin təşəbbüsü ilə Türk Dövlətləri Başçıları Şurası, Bakıda Türk Dövlətlərinin Parlament Assambleyası, Astanada Türk Akademiyası öz fəaliyyətlərini davam etdirməkdədir. Bu, hazırda Nursultan Nazarbayevin təşəbbüsləri sayəsində türk xalqlarının vahid evinin gələcəyi uğrunda qurulmaqda olan bir təməldir. Qısa müddətdə dünya miqyasında tanınan Qazaxıstan bu gün türk dünyasının birləşməsi üçün baza meydançası ola bilər”, - onlardan biri deyirdi.

Aleksandr Şetinin hesab edir ki, təxminən nəticə belədir: Kreml geosiyasi cəbhədə növbəti məğlubiyyətə uğrayır və Qazaxıstan “əbədi müttəfiqdən” ciddi geosiyasi düşmənə çevrilir.

“Avrasiya İttifaqı, yaxud da Pantürk İttifaqı! - Məgər bunlar eyni anlayışlardırmı?” –deyə o yekunlaşdırıb.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



2 + 9 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI