Bu gün...
48 azərbaycanlı bu qəzada öldü, amma... – Deputat
Təbrizin İran parlamentindəki millət vəkili Məhəmməd Hüseyn Fərhəngi Təbriz-Məşhəd qatarının keçirdiyi qəzadan 9 ay keçməsinə baxmayaraq, hələ də hadisə ilə bağlı hesabatın açıqlanmamasına etiraz edib.

facebook-paylas
Tarix: 01-09-2017 14:12
48 azərbaycanlı bu qəzada öldü, amma... – Deputat

M.Fərhəngi Tehranda “Plasko” Ticarət Mərkəzinin yanğından sonra çökməsi ilə bağlı hesabat açıqlandıqdan sonra hökumətin ayrı-seçkilik siyasətinə etiraz edib:

“Kaş ki, başqa hadisələrlə bağlı da geniş hesabat veriləydi. Təbriz-Məşhəd qatarının keçirdiyi qəza ilə bağlı parlamentdə ilkin hesabat oxundu, yekun hesabatın isə daha sonra təqdim olunacağına söz verildi. Lakin parlamentin Abadlaşdırma Komissiyası bu günə qədər qatar hadisəsi ilə bağlı yekun hesabatı təqdim etməyib”.

Qeyd edək ki, 2016-cı il noyabrın 25-də Təbriz-Məşhəd qatarı İranın Siman vilayətində ağır qəza keçirib. Qəzada 48 soydaşımız həlak olub. Lakin Bu günə qədər hadisənin təfərrüatı və ona səbəb olanların kimliyi açıqlanmayıb.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



7 + 8 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI